Bələdiyyələr Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyətindən niyə narazıdırlar? CİDDİ
Ölkə başçısının son illərdə həyata keçirdiyi layihələr, xüsusəndə doğma Qarabağımızın erməni işğalından azad etməklə bağlı apardığı siyasət və bu gün bu siyasətin nəticəsində Azərbaycanın dünya miqyasında söz sahibi olması üçün atdığı addımlar 7-dən 77-yədək hamının ürəyindən xəbər verib, hər kəs bu addımları, bu qalibiyyətləri bəyənir və təqdir edir. Bu addımları ilə Prezident İlham Əliyev öz adını, o cümlədən Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdırmış oldu.
Ancaq
bu gün bəzi mərkəzi və yerli icra hakimiyyəti rəhbərlərinin Ulu öndər Heydər
Əliyevin yadigarlarıdan olan bələdiyyələri hətta bəzən düşmən obrazında görmələri
hər kəsdə təəssüf hissi doğurur. Mətləbə keçək.
***
İcra
hakimiyyətinin başçısı niyə bələdiyyənin fəaliyyətinin təbliğinə maraqlı olmamalıdır-
sual olunur. Niyə bələdiyyənin gördüyü işləri dolayısi ilə öz adlarına
paylaşır, ancaq bələdiyyənin vəsaiti ilə həyata keçirilən layihələrdə bələdiyyənin
heç adı çəkilmir. Və yaxud bələdiyyənin kollektivində çalışanlar sırasında niyə
icra başçısının və RİH məmurlarının saysız- hesabsız qohum əqrəbası olmalıdır.
Bu adamlar isə gəlib bir işin qulpundan yapışsalar sözüm olmaz. Onlar heç isə də
gəlmirlər, təəssüf ki.
Və
yaxud əsas bir məsələ. Bu gün ölkəmizdə formalaşdırılan 685 bələdiyyənin 640-i Əmlak Məsələləri Dövlət
Xidmətinin fəaliyyətindən narazıdır. Niyə? Ona görə ki bir sənədin bələdiyyə tərəfindən
alınması ilə bağlı nə qədər imtina göndərilə bilər? Makismim 21 gün ərzində həll edilməli olan
proses niyə aylar, bəzən də illər çəkməlidir.
Son
illərdə qiymətləndirmə ilə bağlı məsələlər bələdiyyələrə əlavə problemlər
yaratmaqdadır. Bu sahədə ixtisaslı kadrlar yoxdurmu ki, rəhbərliyə izah versinlər
ki, rayon mərkəzindəki torpağın satış qiyməti ilə kənar ərazilərdəki torpağın
satış qiyməti eyni ola bilməz. Mən qiymətləndirmə ilə bağlı prosesin hansı
forma və məzmunda getdiyindən xəbərdaram. Özlərinin təklifi ilə qanuna edilən dəyişikliyi
indi özləri qəbul etmirlər. Bu nə biabırçılıqdı. Bələdiyyələrə mülkiyyətə əmlak və torpağın
verilməsi, Bakı və rayonlardakı bələdiyyələrə xəritələrin verilməsi niyə bu günədək
başa çatdırılmayıb. Axı 27 il keçir. Nə vaxt veriləcək. Nə vaxt sizin öz
qurumlarınızda vahid bir xəritə olacaq. Bu dürüstləsdirməni bəhanə gətirib nə qədər
neqativ addım atmaq olar. Cənab Prezidentin sizlərdən tələb etdiyi vətəndaş məmnunluğunu
nə vaxt təmin edəcəksiniz, çox maraqlıdır. Məlumunuz olsun ki, Siz bu addımınızla
Cənab Prezidentin fəaliyyətinə kölgə sala bilməyəcəksiniz. Ayılın. Sizə göstərilən etimadı doğrultmağı
duşunun. Belə olmaz.
***
Unutmayın
ki, artıq bələdiyyələrdə beş il əvvəlki bələdiyyələr deyil. Adminstrasiyanın
müvafiq sektorunun dəstəyi, ABMA -nın və "Bələdiyyələrə onlayn xidmət"
mərkəzinin təşkilatçılığı ilə yaradılan BAMS proqramı bu qurumların inkişaf
tarixində bir dönüş yaradıb. Ötən il bu sistemin dövlət informasiya sistemlərinə
inteqrasiya edilməsi ilə bağlı Prezident sərəncamını isə tarixi bir sənəd hesab
etmək olar.
***
Sizin
qurum tərəfindən bu günədək ölkədəki sənədsiz əmlakın hüquqi statusunun müəyyən
edilməməsi səbəbindən həm dövlət, həm bələdiyyə, həmdə vətəndaşın hansı itkilərlə
üz-üzə qaldığını təhlil etməyi xahiş edirəm. Onda görəcəksiniz ki, sizin
vaxtında atmadıgınız addımlar ucbatından
və yaxud hansısa maraqlar naminə ləngitdiyiniz bu prosesdən nə qədər vəsaiti həm
dövlət büdcəsi, həm bələdiyyə büdcəsi itirib. Nəticədə vətəndaş narazılığı
artıb. Bir daha təkrar edirəm, ayılın. Belə olmaz. Hərəkətə keçməyin vaxtı
çatıb, dostlar.
Vüqar
Tofiqli
Rəylər
0 Rəy